...

Əfqanıstanda oğurlanmış 12 iranlı mühəndis sağdır - Mehmanpərəst

Dünya xəbərləri Materials 19 Aprel 2011 12:48 (UTC +04:00)
Əfqanıstanda oğurlanmış 12 iranlı mühəndis sağdır və onların azad edilməsi istiqamətində iş görülür. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Əfqanıstanda oğurlanmış 12 iranlı mühəndis sağdır - Mehmanpərəst

Əfqanıstanda oğurlanmış 12 iranlı mühəndis sağdır və onların azad edilməsi istiqamətində iş görülür. Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün keçirdiyi mətbuat konfransında deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Mehmanpərəst bildirib ki, oğurlanmış mühəndislərlə bağlı Əfqanıstan rəsmiləri ilə mütəmadi olaraq əlaqə saxlayırlar. "Öyrənə bilmişik ki, həmin şəxslər sağdır və əfqanıstanlı rəsmilər onların azadlığa buraxılması istiqamətində çalışırlar", - Mehmanpərəst deyib.

Aprelin 18-də naməlum silahlı şəxslər Kabilin 700 kilometrliyində yerləşən Fərah əyalətinin "Şibkuh" məntəqəsində fəaliyyət göstərən İran şirkətinə hücum edərək 12 iranlı mühəndisi girov götürüblər və naməlum istiqamətə aparıblar.

Xəbər lenti

Xəbər lenti