...

MBD-nin yubiley sammiti Düşənbədə öz işinə başlayıb

Dünya xəbərləri Materials 3 Sentyabr 2011 12:16 (UTC +04:00)
Bu gün Düşənbədə MDB-yə üzv olan 11 ölkədən 8-nin liderinin iştirakı ilə təşkilatın yubiley sammiti öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.
MBD-nin yubiley sammiti Düşənbədə öz işinə başlayıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Bu gün Düşənbədə MDB-yə üzv olan 11 ölkədən 8-nin liderinin iştirakı ilə təşkilatın yubiley sammiti öz işinə başlayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

Bağlı qapılar arxasında baş tutan görüş yığcam tərkibdə keçirilir, sonra nümayəndə heyətləri liderlərə qoşulacaqlar.

MDB dövlət başçıları birliyin gələcək inkişafı məsələlərini və aktual beynəlxalq problemləri müzakirə edirlər.

Gözlənildiyi kimi, prezidentlər, həmçinin MDB çərçivəsində müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığı tənzimləyən bəzi sənədləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi və miqrasiya siyasəti ilə bağlı sənədləri qəbul edəcəklər.

Gözlənilir ki, dövlət başçıları, eyni zamanda, birliyin gələcək inkişaf konsepsiyasının həyata keçirilməsinə dair əsas tədbirlər planının yerinə yetirilməsi haqqında məlumatı da nəzərdən keçirəcəklər.

2011-ci ilin dekabrında MDB-nin yaradılmasının 20 ili tamam olur.

Xəbər lenti

Xəbər lenti