...

MDB-nin növbəti sammiti 2012-ci ilin noyabrında Türkmənistanda keçiriləcək

Dünya xəbərləri Materials 3 Sentyabr 2011 13:16 (UTC +04:00)
2012-ci ildə MDB-yə sədrlik Türkmənistana keçir və ölkə gələn il noyabr ayının ilk ongünlüyündə Aşqabadda birliyin rəhbərlərinin zirvə görüşünü keçirəcək.
MDB-nin növbəti sammiti 2012-ci ilin noyabrında Türkmənistanda keçiriləcək

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

2012-ci ildə MDB-yə sədrlik Türkmənistana keçir və ölkə gələn il noyabr ayının ilk ongünlüyündə Aşqabadda birliyin rəhbərlərinin zirvə görüşünü keçirəcək. Bunu MDB İcraiyyə Komitəsinin rəhbəri Sergey Lebedev deyib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti xəbər yayıb.

"2012-ci il yanvarın 1-dən MDB-yə Türkmənistanın sədrlik etməsi qərara alınıb", - Lebedev bildirib.

Hazırkı sammitin ev sahibi - Tacikistan Prezidenti Emaməli Raxmon bütün həmkarlarını MDB-nin 20 illiyi münasibətilə təbrik edərək postsovet məkanda "təşəkkül tapmış tarixi əlaqələrin" qorunmasında təşkilatın mühüm rolunu qeyd edib.

"Çoxşaxəli əməkdaşlığımızı gələcəkdə də davam etdirmək istəyiriksə, ümumi böyük potensialın həyata keçirilməsində mövcud mənbələrdən və dövlətlərin səylərindən istifadə etməliyik", - Raxmon geniştərkibli iclasda çıxışı zamanı deyib.

Xəbər lenti

Xəbər lenti