...

Raket hücumundan müdafiə sistemi Türkiyənin Diyarbəkir şəhərində yerləşdiriləcək

Dünya xəbərləri Materials 5 Sentyabr 2011 14:04 (UTC +04:00)
ABŞ və NATO-nun yaratdığı raket əleyhinə müdafiə (RƏM) sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyənin Diyarbəkir şəhərində yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti yazır.
Raket hücumundan müdafiə sistemi Türkiyənin Diyarbəkir şəhərində yerləşdiriləcək

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

ABŞ və NATO-nun yaratdığı raket əleyhinə müdafiə (RƏM) sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyənin Diyarbəkir şəhərində yerləşdiriləcək. Trend-in məlumatına görə, bu barədə "Zaman" qəzeti yazır.

RƏM sistemi 1998-ci ilin oktyabrınadək ABŞ-ın istifadə etdiyi Diyarbəkir şəhəri yaxınlığındakı Piriclik hərbi bazasında yerləşdiriləcək.

Ötən cümə günü Türkiyə XİN-in rəsmi nümayəndəsi Səlcuq Ünal jurnalistlərə məlumat vermişdi ki, ABŞ və NATO-nun yaratdığı raket hücumundan müdafiə sistemi çərçivəsində raket hücumu təhlükəsi barədə ilkin xəbərdarlıq radarı Türkiyədə yerləşdiriləcək.

Diplomat xatırlatmışdı ki, RƏM sistemlərinin yerləşdirilməsi barədə qərar ötən il NATO-nun Lissabonda keçirilən sammitində qəbul olunub və Türkiyə əvvəldən bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı işlərə dəstək göstərib.

Bu ilin sonunda başa çatdırılması nəzərdə tutulan AvroRƏM-in yaradılmasının birinci mərhələsində artıq yaradılmış və öz effektivliyini sübut etmiş və Aegis dəniz bazası sistemlərinin də daxil olduğu raketdən müdafiə sisteminin Avropada yerləşdirilməsi nəzərdə tutulur. Sözügedən radar AN/TPY-2 dəniz mobil radar aşkarlama sistemidir. Radarın və tutucu raketlərin yerləşdirilməsi Avropanın regional ballistik raket təhdidlərini əks etdirməyə imkan verəcək.

İkinci mərhələ 2015-ci ilədək başa çatacaq. Lazımi sınaqların keçirilməsindən sonra dəniz və yerüstü yerləşdirilmə üçün daha güclü tutucu raket SM-3-ün (Blok-IB) versiyasının, eləcə də yaxın və orta radiuslu raket təhdidlərindən müdafiə olunna rayonun genişləndirilməsi üçün daha mükəmməl sensorların yerləşdirilməsi planlaşdırılır.

2018-ci ildə başa çatmalı olan üçüncü mərhələ təkmilləşdirilmiş SM-3 (Blok IIA) istehsalı, sınaqdan keçirilməsi və yerləşdirilməsini nəzərdə tutur.

RƏM sisteminin yaradılmasının dördüncü fazasının 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub. SM-3 (Blok IIB)-nin yerləşdirilməsinin orta və uzaq məsafəli raket təhlükələrinə və gələcəkdə ABŞ-a qarşı qitələrarası ballistik raket təhdidlərinin mümkünlüyünə qarşı daha yaxşı müdafiə olunmağa imkan verəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti