...

Türkiyə Avropa Birliyi ilə əlaqələrini dondura bilər

Dünya xəbərləri Materials 18 Sentyabr 2011 14:48 (UTC +04:00)
Əgər Cənubi Kipr 2012-ci ildə Avropa Birliyinin sədrliyi postuna yiyələnərsə, o zaman Türkiyə AB ilə bütün əlaqələrini donduracaq. Trend-in məlumatına görə, bu barədə Röyters Agentliyi Türkiyənin baş nazirinin müavini Bəşir Atalaya istinadən məlumat yayıb.
Türkiyə Avropa Birliyi ilə əlaqələrini dondura bilər

Əgər Cənubi Kipr 2012-ci ildə Avropa Birliyinin (AB) sədrliyi postuna yiyələnərsə, o zaman Türkiyə AB ilə bütün əlaqələrini donduracaq. Trend-in məlumatına görə, bu barədə Röyters Agentliyi Türkiyənin baş nazirinin müavini Bəşir Atalaya istinadən məlumat yayıb.

Cənubi Kipr Hökumətinin 2012-ci ildə 6 ay müddətində AB-nin sədri postunda təmsil olunacağı gözlənilir.

"Əgər sülh prosesi heç nəyi həll etməzsə və AB bu postu cənubi Kipə verərsə, AB ilə Türkiyə arasında əsl böhran yaranacaq. Çünki biz AB ilə bütün əlaqələrimizi donduracayıq. Bu barədə hökumət qərar qəbul edib və biz bunu bəyan etmişik." - Atalay vurğulayıb.

Türkiyə cənubi Kiprin suverenliyini tanımayıb və yalnız Şimali Kipr Türk Respublikası ilə əlaqələr qurub.

Uzun illərdir Kipr problemi Türkiyənin Avropa Birliyinə qəbul olunmasında başlıca əngəllərdən biridir.

Xəbər lenti

Xəbər lenti