...

Türkiyə ABŞ-dan İraqda silah saxlamamağı tələb edir

Dünya xəbərləri Materials 22 Sentyabr 2011 13:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tələb edib ki, ABŞ qoşunları İraqdan gedərkən orada silah və hərbi texnika qoymasınlar. Bu barədə Trend "Haberturk"ə istinadən xəbər verir.

"Biz ABŞ tərəfinə İraqdan qoşunların çıxarılmasından sonra onların müvafiq tədbirlər görmələri ilə bağlı öz tələblərimizi təqdim etmişik", - Ərdoğan deyib.

ABŞ qoşunları İraqdan əvvəlcədən müəyyən olunmuş qrafik üzrə, yəni 2011-ci ilin sonunadək çıxacaqlar. Bu barədə İraqın vitse-prezidenti Hüdeyr əl-Xuzayi ABŞ səfiri Ceyms Cefri ilə Bağdadda keçirdiyi görüşdən sonra bəyan edib.

Öz növbəsində Cefri də bildirib ki, "ABŞ hökuməti öz qoşunlarını İraqdan İraq hökuməti ilə imzalanan sazişə uyğun olaraq, cari ilin sonunadək çıxarmağa cəhd göstərir".

Bağdadla Vaşinqton arasında 2008-ci il noyabrın sonlarında imzalanan təhlükəsizliyə dair sazişə uyğun olaraq, ABŞ öz qoşunlarını İraq ərazisindən 2011-ci il dekabrın 31-dən gec olmayaraq çıxaracaq.

Xəbər lenti

Xəbər lenti