...

Yəmən Prezidenti atəşi dayandırmağa çağırıb

Dünya xəbərləri Materials 23 Sentyabr 2011 17:38 (UTC +04:00)
Yəmən Prezidenti Əli Abdullah Saleh atəşi dayandırmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı ölkənin müdafiə nazirliyinin bəyanatına istinadən xəbər yayıb.
Yəmən Prezidenti atəşi dayandırmağa çağırıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Yəmən Prezidenti Əli Abdullah Saleh atəşi dayandırmağa çağırıb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı ölkənin müdafiə nazirliyinin bəyanatına istinadən xəbər yayıb.

Ona qarşı sui-qəsd təşkil edilməsindən sonra, təxminən 3 ay bundan əvvəl ölkəni tərk edən Saleh bugün səhər vətəninə qayıdıb.

Saleh iyun ayının əvvəlində onun mənzil-qərargahının atəşə tutulması nəticəsində odlu silah və yanıq xəsarəti aldığından Səudiyyə Ərəbistanında müalicə və reabilitasiya kursu keçib.

Fevral ayında Yəməndə başlanan kütləvi antihökumət çıxışları martın ortalarında aktiv mərhələyə keçib. Etirazçılar islahat keçirmək və 33 ildən bəri ölkəni idarə edən prezidentin istefasını tələb edir. Yəmən güc strukturları bu aksiyaların dağıdılmasında silahdan istifadə edir. KİV-in məlumatlarına görə, xalq qiyamı vaxtı ölkədə bir neçə yüz insan ölüb.

Xəbər lenti

Xəbər lenti