...

"Əl-Qaidə" Türkiyə parlamentinin binasını partlatmaq niyyətində olub – qəzet

Dünya xəbərləri Materials 9 Dekabr 2011 12:28 (UTC +04:00)
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aparılan təhqiqat nəticəsində müəyyən edilib ki, polisin saxladığı "Əl-Qaidə" terror təşkilatının 11 üzvü ölkə parlamentinin binasını partlatmaq niyyətində olub.
"Əl-Qaidə" Türkiyə parlamentinin binasını partlatmaq niyyətində olub – qəzet

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aparılan təhqiqat nəticəsində müəyyən edilib ki, polisin saxladığı "Əl-Qaidə" terror təşkilatının 11 üzvü ölkə parlamentinin binasını partlatmaq niyyətində olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Tərəf" qəzeti yazır.

"Əl-Qaidə"nin yerli qanadının üzvlərinin yaşadıqları mənzildə axtarış aparılarkən Türkiyə parlamentinin və ABŞ-ın Ankaradakı səfirliyinin binalarının partladılması üçün nəzərdə tutulan 700 kiloqram partlayıcı maddə aşkar edilib.

İstintaq müəyyən edib ki, "Əl-Qaidə" üzvləri 2011-ci il iyulun 11-də Ankaraya gəliblər və dörd ay ərzində, o cümlədən Ankara və İstanbuldakı xristian kilsələrində terror aktlarının törədilməsi ilə bağlı hazırlıq keçiblər.

Ötən ay Türkiyənin bir sıra şəhərlərində keçirilən xüsusi əməliyyatlar zamanı "Əl-Qaidə" ilə əlaqədə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Xəbər lenti

Xəbər lenti