...

Türkiyə hələlik Fransaya qarşı sanksiyaları saxlayacaq

Dünya xəbərləri Materials 6 Mart 2012 10:31 (UTC +04:00)
Türkiyə Fransa Parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsindən sonra bu ölkəyə qarşı sanksiyaların saxlanmasını qərar alıb.
Türkiyə hələlik Fransaya qarşı sanksiyaları saxlayacaq

Azərbaycan, Bakı, 6 mart /Trend /

Türkiyə Fransa Parlamentinin qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsindən sonra bu ölkəyə qarşı sanksiyaların saxlanmasını qərar alıb. Bunu Türkiyənin Baş nazirinin müavini Bülənt Arınç bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Today's Zaman" xəbər verir.

Onun sözlərinə görə, bu qərar bazar ertəsi hökumətin iclası zamanı müzakirə olunub. Arınç ötən həftə Fransanın Konstitusiya Şurasının qanunun qeyri-konstitutsion və söz azadlığını pozduğu bildirilən qərar çıxarmasını alqışlayıb.

Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edib. Şura söz və ifadə azadlığına zidd olduğunu əsas gətirərək bu qanunu ləğv edib.

Bu qərardan sonra Fransa Prezidenti Nikola Sarkozi hökumətə "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanmasını tapşırıb.
Lakin Arınc Sarkozinin bu qərarına əhəmiyyət verməyərək xatırladıb ki, çərşənbə axşamı Fransa Parlamenti apreldə keçiriləcək prezident seçkiləri seçki kampaniyasından əvvəl tətilə gedir.

Arınçın sözlərinə görə, iclasın gedişində Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bəyan edib ki, Fransaya qarşı sanksiya və tədbirlər saxlanmalıdır.

Xəbər lenti

Xəbər lenti