...

Ermənistan Müdafiə Nazirliyi yalan informasiya yayıb

Dünya xəbərləri Materials 6 Mart 2012 14:44 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin Tavuş vilayətinin Çinari kəndi istiqamətində yerləşən hərbi mövqeyində ölən müddətli hərbi qulluqçu Albert Adibekyan əks tərəfin deyil, öz hərbiçi yoldaşının gülləsindən vəfat edib.
Ermənistan Müdafiə Nazirliyi yalan informasiya yayıb

Azərbaycan, Bakı, 6 mart /Trend müxbir E.Tariverdiyeva/

Ermənistan Silahlı Qüvvələrinin Tavuş vilayətinin Çinari kəndi istiqamətində yerləşən hərbi mövqeyində ölən müddətli hərbi qulluqçu Albert Adibekyan əks tərəfin deyil, öz hərbiçi yoldaşının gülləsindən vəfat edib. Bu barədə Trend çərşənbə axşamı "Armenia Today"ə istinadən məlumat verir.

Helsinki Assosiasiyasının eksperti Ruben Martirosyan deyib ki, bu barədə ona Ermənistan Müdafiə Nazirliyinin (MN) İstintaq Xidmətinin Mərkəzi Aparatının rəisi Yura Badalyan məlumat verib.

Adikbenyanın ölümündən dərhal sonra "qətl" maddəsi üzrə cinayət işi qaldırılıb və rəsmi məlumat verilib ki, qətl əks tərəfin snayperi tərəfindən törədilib.

Bir müddət əvvəl Ermənistan MN-in mətbuat xidməti məlumat yaymışdı ki, hərbiçi Albert Adibekyan azərbaycanlı snayperin gülləsindən ölüb. Bundan dərhal sonra bir qrup erməni müğənni Ermənistanın İctimai Televiziyası və Avropa Yayım Şurasına ünvanladıqları bəyanatda mayın 22-26-da Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində iştirakdan imtina etdiklərini bildirmişdilər.

Bəyanata əsasən, müğənnilər Bakıdakı "Eurovision" müsabiqəsini, həmçinin ona görə boykot edirlər ki, "Azərbaycan erməni qanı tökmək üçün istənilən bəhanədən istifadə edir, bunu Ermənistan SQ-nin 20 yaşlı hərbiçisi Albert Adibekyanın güllədən ölümü də təsdiq edir.

Ermənistan ordusunda ölüm və zorakılıq halları daimi hal alıb. Təkcə 2012-ci ilin əvvəlindən artıq 5 erməni əsgəri öz hərbiçi yoldaşı tərəfindən öldürülüb.

Xəbər lenti

Xəbər lenti