...

İranın Nəzarət Şurası 43 seçki dairəsində seçkilərinin nəticələrini təsdiqləyib

Dünya xəbərləri Materials 15 Mart 2012 14:55 (UTC +04:00)
Nəzarət Şurası İranda IX çağırış parlament seçkilərinin 43 seçki dairədə nəticələrini təsdiqləyib. Bunu İranın Nəzarət Şurasının (The Guardian Council ) sözçüsü Abbasəli Kədxudayi deyib. Trend-in məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat verir.
İranın Nəzarət Şurası 43 seçki dairəsində seçkilərinin nəticələrini təsdiqləyib

Azərbaycan, Bakı, 15 mart / Trend müxbir T.Cəfərov/

Nəzarət Şurası İranda IX çağırış parlament seçkilərinin 43 seçki dairədə nəticələrini təsdiqləyib. Bunu İranın Nəzarət Şurasının (The Guardian Council ) sözçüsü Abbasəli Kədxudayi deyib. Trend-in məlumatına görə, bu barədə FARS xəbər agentliyi məlumat verir.

İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkiləri 2012-ci il mart ayının 2-də keçirilib.

Parlament seçkilərində 3 467 namizəd mübarizə aparıb. Seçkilər ümumilikdə 207 seçki dairəsi üzrə 46 062 səsvermə məntəqəsində keçirilib.
İran KİV-lərinin məlumatına görə, İranda seçki hüququna malik əhalinin 65 faizi parlament seçkilərində iştirak edib. 30-dan çox seçki dairəsində o cümlədən paytaxt Tehranda seçkilərin ikinci turu keçiriləcək. Seçkilərin ikinci turunun isə aprel ayının sonlarında keçirilməsi nəzərdə tutulub.

İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var.

İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.

İran DİN seçkinin nəticələrini açıqladıqdan sonra qələbə qazanmış nümayəndələr seçki dairələri üzrə nəticələrin Nəzarət Şurası tərəfindən təsdiq edilməsini gözləməlidirlər. Bəzən Nəzarət Şurası seçki dairələrinin nəticələrini etibarsız hesab edir.

Xəbər lenti

Xəbər lenti