...

Türkiyə Suriya liderinin səmimiliyinə inanmır – Ərdoğan

Dünya xəbərləri Materials 28 Mart 2012 10:18 (UTC +04:00)
Türkiyə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Kofi Annanın planını qəbul etdiyini bəyan edən Suriya Prezidenti Bəşər Əsədin sözlərinə inanmır.
Türkiyə Suriya liderinin səmimiliyinə inanmır – Ərdoğan

Azərbaycan, Bakı, 28 mart / Trend, müxbir A.Tağıyeva /

Türkiyə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) xüsusi nümayəndəsi Kofi Annanın planını qəbul etdiyini bəyan edən Suriya Prezidenti Bəşər Əsədin sözlərinə inanmır. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Trend Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən xəbər verir.

"Əsəd əvvəllər də Türkiyə rəhbərliyinə vədlər verib, lakin onlardan heç birini yerinə yetirməyib. Biz artıq onun vədlərinə inanmırıq", - Ərdoğan deyib.
Bununla belə o, Annanın planının işləyəcəyinə və Suriyada bir ildən artıq davam edən qan tökülməsinin dayanacağına ümid etdiyini bildirib.

Bazar ertəsi BMT-nin və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan rəsmi Dəməşqdən Suriyadakı böhranın həlli üzrə planla bağlı yeni cavab alıb.
Annanın təkliflərindən biri "BMT-nin müşahidəsi altında Suriya qoşunlarının çıxarılmasından başlayaraq, münaqişə tərəflərinin ölkənin iri şəhərlərində bütün silahlı zorakılıq formalarının dayandırılması"ndan ibarətdir. Sənəddə, həmçinin "silahlı qarşıdurmalardan ziyan çəkən rayonlara humanitar yardımların çatdırılmasının və qanunsuz saxlanılanların azad edilməsinin təmin edilməsi" də təklif olunur.

Xəbər lenti

Xəbər lenti