...

BMT: Dünyada 1,3 milyard insan işsizlikdən əziyyət çəkir

Dünya xəbərləri Materials 4 İyun 2012 10:29 (UTC +04:00)
Dünyada hazırda 1,3 milyard insan işsizlikdən, yaxud layiqli iş yerinin olmamasından əziyyət çəkir.
BMT: Dünyada 1,3 milyard insan işsizlikdən əziyyət çəkir

Azərbaycan, Bakı, 4 iyun / Trend müxbir K.Zərbalıyeva/

Dünyada hazırda 1,3 milyard insan işsizlikdən, yaxud layiqli iş yerinin olmamasından əziyyət çəkir. Hesablamalara görə, növbəti on il ərzində daha yarım milyard insan əmək bazarına qoşulacaq. Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Ətraf Mühit Günü münasibətilə dünya ölkələrinə müraciətində deyib.

Baş katib bildirib ki, davamlılıq inkişafı sosial, iqtisadi və ekoloji cəhətdən balanslaşdıraraq hər kəsi bərabər imkanlarla təmin etməkdir. Biz iqtisadi və ekoloji tarazlıq arasında tərs mütənasibliyin mövcud olması barədə inanclara son qoymalıyıq.

"Ağıllı siyasətlər və düzgün investisiyalar vasitəsilə ölkələr ətraf mühiti mühafizə edə, iqtisadiyyatlarını inkişaf etdirə, layiqli iş yerləri aça və sosial inkişafı sürətləndirə bilərlər", - o qeyd edib.

Baş katib bildirib ki, davamlılığın əsası olan enerji, su, qida, şəhərlər, okeanlar, iş yerləri və qadınların səlahiyyətlərinin artırılması kimi məsələlərdə də proqresə nail olmalıyıq.

Pan Gi Mun hökumətləri, biznesmenləri və cəmiyyətin bütün üzvlərini istədiyimiz davamlı gələcəyə nail olmaq üçün hər tərəfli seçimlər etməyə çağırıb.

"Bütün dünyanın Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf üzrə Konfransına hazırlaşdığı bir vaxt Ümumdünya Ətraf Mühit Günü bizlərə daha davamlı dünya yaratmaq üçün dəyişikliklərə ehtiyacın olduğunu vurğulamaq imkanı verir. Günün bu ilki mövzusu belədir: "Yaşıl iqtisadiyyat: Sən də qoşulmusanmı?" Qeyd edək ki, bu mövzu insanların ekoloji izlərini planetimizin hüdudları daxilində saxlamaq üçün hər kəsin öz öhdəsinə düşəni yerinə yetirməyin vacibliyini vurğulayır", - müraciətdə deyilir.

Xəbər lenti

Xəbər lenti