...

Əli Laricani: İsrail və onun müttəfiqləri ehtiyatlı olmalıdırlar

Dünya xəbərləri Materials 7 İyun 2012 10:15 (UTC +04:00)
İsrail və onun müttəfiqləri ehtiyatlı olmalıdırlar. Çünki onlar regionda toqquşmalara təhrik etməklə odla oynayırlar. Bu barədə İran parlamentinin spikeri Əli Laricani bəyan edib. Trend-in məlumatına görə, xəbəri İRNA agentliyi yayıb.
Əli Laricani: İsrail və onun müttəfiqləri ehtiyatlı olmalıdırlar

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

İsrail və onun müttəfiqləri ehtiyatlı olmalıdırlar. Çünki onlar regionda toqquşmalara təhrik etməklə odla oynayırlar. Bu barədə İran parlamentinin spikeri Əli Laricani bəyan edib. Trend-in məlumatına görə, xəbəri İRNA agentliyi yayıb.

Laricani bu bəyanatı ikinci müddətə deputat seçildiyi Qum vilayətindəki görüşdə verib.

Spiker bildirib ki, düşmənlər regionda müxtəlif qəsdlər planlaşdırırlar, lakin bununla onlar yalnız özlərinə ziyan vururlar.

Onun sözlərinə görə, düşmənlər cari inqilablardan sonra ciddi ziyan çəkmiş regionda yeni macəralar axtarırlar.

Laricani onu da qeyd edib ki, iqtisadi çətinliklər Tehranın irəliyə doğru hərəkət etmək arzusuna təsir etmir.

Xəbər lenti

Xəbər lenti