...

Bakıda Türkmənistan-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyi münasibətilə sərgi açılıb (FOTO)

Dünya xəbərləri Materials 8 İyun 2012 14:17 (UTC +04:00)
Bu gün Bakıda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş "Türkmənistan-Azərbaycan münasibətləri - dostluq və qardaşlığın nümunəsi" mövzusunda uşaqların rəsmlərindən ibarət sərgi açılıb.
Bakıda Türkmənistan-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyi münasibətilə sərgi açılıb (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir V.Javoronkova/

Bu gün Bakıda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş "Türkmənistan-Azərbaycan münasibətləri - dostluq və qardaşlığın nümunəsi" mövzusunda uşaqların rəsmlərindən ibarət sərgi açılıb.

Müsabiqə "Uşaq dünyası" Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilib. Sərgidə Türkmənistanın Azərbaycandakı səfirliyinin aprelin 5-də iki ölkənin münasibətləri mövzusunda elan etdiyi respublika müsabiqəsinin gənc iştirakçılarının işləri təqdim edilib.

Sərgiyə təqdim edilən rəsmlərə baxılmasının yekunu üzrə üç yaş - 3-6, 7-10 və 11-16 yaş kateqoriyasında qaliblər, habelə bir mütləq qalib müəyyənləşib.

"Bu gün Türkmənistan-Azərbaycan ənənəvi dostluq münasibətləri diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edir. Müstəqillik əldə edildikdən sonra iki ölkənin siyasətinin prioritet istiqamətlərindən biri xalqlarımızın mənəvi irsi və mədəni-tarixi xüsusiyyətini dirçəltmək və qorumaq oldu", - Trend-in məlumatına görə, bunu Türlmənistanın Azərbaycandakı səfiri Toyli Komekov sərginin açılşında bildirib.

Onun sözlərinə görə, sərgi ortaq mədəniyyət, tarix, dil, din və adətlər diqqətə alınaraq, Türkmənistan və Azərbaycan qardaş xalqlarının müxtəlif istiqamətlərdə, o cümlədən mədəni-humanitar sahədə qarşılıqlı fəaliyyəti genişləndirməyə və dərinləşdirməyə can atmasını nümayiş etdirir.

"Bu gün gənc rəssamların təqdim etdiyi rəngli rəsmlər səmimi qəlbdən yaradılıb, onlar Türkmənistan və Azərbaycan arasında dostluq körpüsünə daha bir günəş şüası saçdılar", - səfir vurğulayıb.

Onun fikrincə, bu mədəni dialoq iki ölkə arasında dostluq münasibətlərinin inkişafına böyük töhfədir.

Komekovun sözlərinə görə, müsabiqə uşaqlarda mənəvi yaxınlıq, sülh, mehribanlıq və dialoqun zərurətini anlamaq hisslərini aşılamağa, uşaqlarda dostluq və qardaşlığın formalaşdırılmasına istiqamətlənib. Diplomat qeyd edib ki, bu, mədəni əməkdaşlığın inkişafında, iki ölkənin nümayəndəlikləri, o cümlədən Türkmənistan və Azərbaycanın böyüyən nəsli arasında yeni əlaqələrin qurulmasında vacib addımdır.

"İki ölkənin mədəniyyətində ortaq cəhətlər çoxdur, çünki Türkmənistan və Azərbaycan Böyük İpək yolunda yerləşən qədim dövlətlərdir, ölkələrimiz keçmişdən bir-birilə əlaqələr saxlayıblar və bu dostluq münasibətləri indiyədək dəstəklənir, bir çox istiqamətlərdə ildən-ilə inkişaf edir", - Komekov bildirib.

O, sərginin təşkilində iştirak edən hər kəsə dəstəyə görə təşəkkür edib.

Gənc rəssamların sərgisi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr edilmiş tədbirlərdən biridir. Həmçinin, Bakıda təntənəli gecə və konsert keçiriləcək. Konsertdə Türkmənistanın mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

İyunun 9-da Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının 20 ili tamam olur.

Xəbər lenti

Xəbər lenti