...

SOCAR Potidə neft emalı zavodu tikəcək - Saakaşvili

Dünya xəbərləri Materials 17 İyun 2012 16:59 (UTC +04:00)
Azərbaycan şirkəti SOCAR (ARDNŞ) 2012-ci ilin Avqust-sentyabr aylarında Potidə neft emalı zavodunun tikintisinə başlayacaq, bunu bazar günü Gürcüstan prezidenti Mixail Saakaşvili Poti sakinləri ilə görüşdə bildirib
SOCAR Potidə neft emalı zavodu tikəcək - Saakaşvili

Gürcüstan, Tbilisi, 17 iyun /Trend, müxbir N.Kirsxaliya/

Azərbaycan şirkəti SOCAR (ARDNŞ) 2012-ci ilin avqust-sentyabr aylarında Potidə neft emalı zavodunun tikintisinə başlayacaq, bunu bazar günü Gürcüstan prezidenti Mixail Saakaşvili Poti sakinləri ilə görüşdə bildirib.

"Üç həftə əvvəl biz bu razılaşmaya gəldik və tikintinin başlayacağını təyin edik", deyə o bildirib.

Gürcüstan prezidenti vurğulayıb ki, neft emalı zavodu iki il ərzində tikiləcək, nəticədə Gürcüstan xam neft və neft məhsulları istehsal edə biləcək. O vurğulayıb ki, emal əməliyyatlarının həyata keçirilməsində iki min nəfər adamın iş ilə təmin olunacaq.

"Binanın tikintisinədə yüzlərlə yerli sakinlər cəlb oluncaq, o da bizə Potinin əhaləsinin sosial vəziyyətini təmin etmək üçün imkan verəcək", Mixail Saakaşvili bildirib.

Gürcüstan Prezidenti sakinlərlə Potidə nəzərdə tutulan gələcək lahiyələridə müzakirə edib.

Xəbər lenti

Xəbər lenti