...

Potensial güclü zəlzələ Tehran vilayətində milyonlarla insanın həyatını təhlükə qarşısında qoyur

Dünya xəbərləri Materials 25 İyun 2012 10:44 (UTC +04:00)
İranın Tehran vilayətində baş verə biləcək güclü zəlzələ milyonlarla insanın həyatını təhlükə qarşısında qoyur.
Potensial güclü zəlzələ Tehran vilayətində milyonlarla insanın həyatını təhlükə qarşısında qoyur

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbirlər S.İsayev, E.Tariverdiyeva/

İranın Tehran vilayətində baş verə biləcək güclü zəlzələ milyonlarla insanın həyatını təhlükə qarşısında qoyur. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyinə Beynəlxalq Zəlzələyədavamlı Tikinti və Seysmologiya İnstitununun direktor müavini Mehdi Zare bildirib.

"Tehran vilayətində əhalinin sıxlığı və tikintidə yol verilən çoxsaylı çatışmazlıqlar nəzərə alınarsa, bu ərazidə baş verəcək zəlzələnin çox ciddi dağıntılara və çoxlu sayda insan tələfatına gətirib çıxara biləcəyi demək olar", - Zare qeyd edib.

O əlavə edib ki, mümkün təbii fəlakətin nəticələrinin minimuma endirilməsi üçün tədbirlərin görülməsi vacibdir.

İran dünyada ən fəal seysmik zonalardan birində yerləşir. Onun ərazisində bir neçə iri tektonik sınmalar mövcuddur ki, bu da ölkə ərazisinin ən azı 90 faizini təşkil edir. Bu səbəbdən də İranda zəlzələlər kifayət qədər tez-tez baş verir və bu zəlzələlər çox vaxt dağıdıcı olur.

Xəbər lenti

Xəbər lenti