...

Ərdoğan: Əsəd rejimi Türkiyənin təhlükəsizliyinə təhdiddir

Dünya xəbərləri Materials 26 İyun 2012 15:15 (UTC +04:00)
Suriya lideri Bəşər Əsəd rejimi Türkiyə və onun vətəndaşları üçün təhlükədir. Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri TRT Haber telekanalı yayıb.
Ərdoğan: Əsəd rejimi Türkiyənin təhlükəsizliyinə təhdiddir

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir A.Tağıyeva/

Suriyada mövcud Bəşşar Əsəd rejimi Türkiyə və onun vətəndaşları üçün təhlükədir. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Trend-in məlumatına görə, xəbəri TRT Haber telekanalı yayıb.

"Suriyanın beynəlxalq hava məkanında Türkiyə Silahlı Qüvvələrinin hərbi təyyarəsini vurmasından sonra Ankara beynəlxalq hüquq normaları çərçivəsində daha ciddi addımlar atacaq", - Ərdoğan deyib.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "RF-4E" tipli kəşfiyyat təyyarəsi iyunun 22-də Malatya vilayətindəki "Erhaç" aviabazasından havaya qalxıb. Təyyarə havaya qalxdıqdan saat yarım sonra Aralıq dənizi üzərində Suriya tərəfindən vurulub.

Suriya Türkiyə təyyarəsini onun ölkənin hava məkanına soxulmasından sonra öz ərazi suları üzərində vurduğunu bəyan edib. Lakin Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu bildirib ki, təyyarə beynəlxalq hava məkanında vurulub, onun qalıqları Suriyanın ərazi sularına düşüb.

Xəbər lenti

Xəbər lenti