...

İran və Türkiyə mədəniyyət sahəsində əlaqələrini genişləndirir

Dünya xəbərləri Materials 27 İyun 2012 10:48 (UTC +04:00)
İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni bu gün Türkiyəyə səfər edib.
İran və Türkiyə mədəniyyət sahəsində əlaqələrini genişləndirir

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir T.Cəfərov/

İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni bu gün Türkiyəyə səfər edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, üç günlük səfər zamanı Hüseyni türkiyəli rəsmilərlə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın artırılması məsələsini müzakirə edəcək.

Görüşlərdə 2013-cü ilin Türkiyədə "İran ili" və 2014-cü ilin İranda "Türkiyə ili" elan edilməsi ilə bağlı proqramlar da müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti