...

İranda terror qruplaşması zərərsizləşdirilib

Dünya xəbərləri Materials 27 İyun 2012 12:08 (UTC +04:00)
İranda terror aksiyası planlaşdıran vəhhabi dəstəsinin üzvləri həbs olunub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
İranda terror qruplaşması zərərsizləşdirilib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir T.Cəfərov/

İranda terror aksiyası planlaşdıran vəhhabi dəstəsinin üzvləri həbs olunub. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin qruplaşmanın həbs edilmiş üzvünün bildirdiyinə görə, dəstə üzvləri ölkədə bəzi tanınmış ruhaniləri qətlə yetirmək niyyətində olublar.

Məlumatda bildirilir ki, İrandan kənarda İslam İnqilabına zidd qüvvələr həmin qruplaşmaya bu məqsədlə 100 milyon dollar təklif ediblər.

Dəstə üzvlərindən neçəsinin həbs olunması barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti