...

Türkiyədə ağır yol qəzası baş verib

Dünya xəbərləri Materials 29 İyun 2012 10:53 (UTC +04:00)
Türkiyənin Uşak şəhərində sərnişin avtobusu yük avtomobili ilə toqquşub.
Türkiyədə ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Uşak şəhərində sərnişin avtobusu yük avtomobili ilə toqquşub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

İlkin məlumata görə, yol qəzası nəticəsində bir nəfər həlak olub, 39 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzaya avtobus sürücüsünün sükan arxasında yatması səbəb olub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti