...

İran Suriya və Türkiyəni vəziyyəti nəzarət altında saxlamağa çağırır

Dünya xəbərləri Materials 29 İyun 2012 13:21 (UTC +04:00)
İran Suriya və Türkiyəni vəziyyəti nəzarət altında saxlamağa və təmkinli olmağa çağırır.
İran Suriya və Türkiyəni vəziyyəti nəzarət altında saxlamağa çağırır

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbirlər E.Tariverdiyeva, T.Cəfərov/

İran Suriya və Türkiyəni vəziyyəti nəzarət altında saxlamağa və təmkinli olmağa çağırır. Trend-in FARS agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib.

qeyd edib ki, İran Xarici İşlər Nazirliyi Türkiyə və Suriyanı gərginliyi azaltmağa və əməkdaşlığa çağırıb.

"Suriya sionist rejimə qarşı mübarizə aparır. Məhz buna görə regionda İsrailin maraqlarını dəstəkləyən bir çox ölkələr ona qarşı çıxır", - Mehmanpərəst vurğulayıb.

Onun sözlərinə görə, İran regionun bütün ölkələri ilə əməkdaşlıq etməyə çalışır. Mehmanpərəst xarici qüvvələri münaqişəyə müdaxilə etməməyə və regionda gərginlik yaratmamağa çağırıb.

Xəbər lenti

Xəbər lenti