...

Yerevan restoranında döyülən Ermənistan SQ-nin mayoru ölüb

Dünya xəbərləri Materials 30 İyun 2012 10:53 (UTC +04:00)
Скончaлся избитый 17 июня в ереванском ресторане «Арснакар» 35-летний майор ВС РА, руководитель отделения ЛОР госпиталя Ереванского военного гарнизона Ваге Аветян.
Yerevan restoranında döyülən Ermənistan SQ-nin mayoru ölüb

Azərbaycan, Bakı, 30 iyun/Trend/

İyunun 17-də Yerevanın "Arsnakar" restoranında döyülən Ermənistan Silahlı Qüvvələrinin (SQ) 35 yaşlı mayoru, Yerevan hərbi qarnizonu xəstəxanasının LOR şöbəsinin müdiri Vaqe Avetyan ölüb. Trend-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsindən Tert.am-a bildiriblər.

Məlumata əsasən, Avetyan yerli vaxtla saat 19:00-da vəfat edib.

Bu gün Maştotsa prospektindəki Yerevan parkında Avetyanın xatirəsinə həsr edilmiş vida aksiyası keçiriləcək.
Xatırladaq ki, iyunun 17-də Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyana məxsus "Arsnakar" restoranında mühafizə xidmətinin 29 əməkdaşı Avetyanı, həkim Artak Bayadyanı və baş leytenant Qarik Soqomyanı döyüb.

Xəbər lenti

Xəbər lenti