...

Türkiyədə prezident seçkilərinin tarixi açıqlanıb

Dünya xəbərləri Materials 2 Avqust 2012 12:27 (UTC +04:00)
Bir gün əvvəl Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ ölkədə prezident seçkilərinin tarixini açıqlayıb.
Türkiyədə prezident seçkilərinin tarixi açıqlanıb

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Bir gün əvvəl Türkiyənin Baş nazirinin müavini Bəkir Bozdağ ölkədə prezident seçkilərinin tarixini açıqlayıb.

Məlumata əsasən, ölkədə prezident seçkiləri 2014-cü ilin avqust ayına təyin edilib. Bu barədə Trend cümə axşamı Türkiyənin "Zaman" qəzetinə istinadən məlumat verir.

Bozdağ qeyd edib ki, yerli özünüidarəetmə oqranlarına seçkilər də 2014-cü ilə təyin edilib. Ümumparlament seçkiləri 2015-ci ildə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti