...

İraq Türkiyə ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir

Dünya xəbərləri Materials 8 Avqust 2012 13:30 (UTC +04:00)
İraqın Nazirlər Şurasının iclasında ölkənin Türkiyə ilə münasibətlərinə yenidən baxılması barədə qərar qəbul edilib.
İraq Türkiyə ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir

Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir A.Tağıyeva/

İraqın Nazirlər Şurasının iclasında ölkənin Türkiyə ilə münasibətlərinə yenidən baxılması barədə qərar qəbul edilib. Trend-in çərşənbə günü "CNN Turk" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Əli Dabbaq bildirib.

Bu qərar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İraqın Kərkük əyalətinə səfərindən sonra qəbul edilib. Davudoğlunun səfəri İraq hökumətinin böyük narazılığına səbəb olub.

İclasda, həmçinin Davudoğlunun səfərinin İraqdakı vəziyyətə təsirini öyrənmək və Nazirlər Kabinetinə ətraflı hesabat təqdim etmək qərara alınıb. Bu məqsədlə ölkənin Baş nazirinin müavini Hüseyn Şəhristaninin rəhbərliyi altında xüsusi komissiya yaradılıb.

Xəbər lenti

Xəbər lenti