...

Suriyanın Əazaz şəhərində yüzdən artıq insan öldürülüb

Dünya xəbərləri Materials 16 Avqust 2012 12:04 (UTC +04:00)
Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Əazaz şəhərində hökumət qoşunları tərəfindən yüzdən artıq insanbqətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat verilib.
Suriyanın Əazaz şəhərində yüzdən artıq insan öldürülüb

Azərbaycan, Bakı, 16 avqust / Trend, müxbir A.Tağıyeva /

Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Əazaz şəhərində hökumət qoşunları tərəfindən yüzdən artıq insan qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat verilib.

Həmçinin 150 nəfərin yaralandığı xəbər verilir. Şəhər hökumət qüvvələri tərəfindən aviauçuşlara və atəşə məruz qalıb.

Türkiyənin "Yeni Şəfəq" qəzetinin məlumatına görə, 86-ya yaxın yaralı Türkiyənin Kilis şəhərində xəstəxanaya yerləşdirilib və onlara ilk tibbi yardım göstərilib. Lakin 13 suriyalının həyatını xilas etmək mümkün olmayıb. Onlar aldıqları yaralardan vəfat ediblər.

Xəbər lenti

Xəbər lenti