...

Gürcüstanda hakim partiya “Gürcü arzusu” ilə aralarındakı səs fərqini azaldır

Dünya xəbərləri Materials 2 Oktyabr 2012 10:21 (UTC +04:00)
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki məntəqələrindən daxil olan rəqəmlərin hesablanması ilə bağlı oktyabrın 1-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələrini dərc etdirməkdə davam edir.
Gürcüstanda hakim partiya “Gürcü arzusu” ilə aralarındakı səs fərqini azaldır

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) seçki məntəqələrindən daxil olan rəqəmlərin hesablanması ilə bağlı oktyabrın 1-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələrini dərc etdirməkdə davam edir.

Trend-in xəbərinə görə, ilkin məlumatlara əsasən, "Bidzina İvanişvili -Gürcü arzusu" müxalifət koalisiyası 52,77 faizlə seçkilərdə liderliyi davam etdirir.

İkinci yerdə hakim "Vahid Milli Hərəkat - insanlara daha çox xeyir" qərarlaşıb. O səslərin 42,08 faizini toplayıb.

Daha sonra 2, 23 faizlə Giorgi Tarqamadzenin Xristian-Demokratik Hərəkatı, 1,36 faizlə Şalva Natelaşvilinin "Gürcüstan Leyborist Partiyası", 0,46 faizlə "Yeni sağlar" gəlir.

Ümumiyyətlə, 3766 məntəqənin 577-dən daxil olan məlumatlar hesablanıb, bu isə məntəqələrin ümumi sayının 15,35 faizini təşkil edir.

Hesablanmış ilkin rəqəmlərə görə, 45 majoritar dairədən 26-da VMH-dan majoritar namizədlər, digərlərində isə "Gürcü arzusu"ndan olan namizədlər liderlik edirlər.

Gürcüstanda parlament seçkilərində 14 partiya və iki siyasi blok iştirak edir.

2013-cü ildə parlament Konstitutsiya düzəlişlərinin qüvvəyə minməsindən sonra daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq.

Xəbər lenti

Xəbər lenti