...

Gürcüstan MSK səslərin 99,95 faizini hesablayıb - "Gürcü arzusu" liderdir

Dünya xəbərləri Materials 4 Oktyabr 2012 18:16 (UTC +04:00)
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 3 766 seçki məntəqəsindən 3 694-dən (99,95 faiz) alınan məlumatları hesablayıb.
Gürcüstan MSK səslərin 99,95 faizini hesablayıb - "Gürcü arzusu" liderdir

Gürcüstan, Tbilisi, 4 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) indiyədək 3 766 seçki məntəqəsindən 3 694-dən (99,95 faiz) alınan məlumatları hesablayıb.

Trend-in məlumatına görə, ilkin məlumata əsasən, Bidzina İvanişvilinin lideri olduğu müxalif "Gürcü arzusu" koalisiyası 54,88 faizlə (1 184 593 səs) liderliyini davam etdirir.

İkinci yerdə 40,39 faizlə (871 725 səs) hakim Vahid Milli Hərəkat Partiyası qərarlaşıb.

Sonrakı yerləri müvafiq olaraq, Giorgi Tarqamadzenin Xristian-Demokratik Hərəkatı (2,04 faiz - 44 118 səs) və Şalva Natelaşvilinin Gürcüstan Leyborist Partiyası (1,2 faiz - 26 7251 səs) tutur.

Xəbər lenti

Xəbər lenti