...

İranın Bam şəhərində yenidən zəlzələ baş verib

Dünya xəbərləri Materials 16 Oktyabr 2012 11:51 (UTC +04:00)
Bu gün İranın Bam şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ olub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər yayıb.
İranın Bam şəhərində yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir T.Cəfərov/

Bu gün İranın Bam şəhərində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ olub. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 07:53-də qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Bundan öncə də oktyabrın 3-də Bam şəhərində 3,1 bal gücündə zəlzələ baş vermişdi.

İran dünyada seysmik cəhətdən ən təhlükəli ölkələr sırasındadır. Alimlərin verdiyi məlumata görə, zəif zəlzələlər ölkədə, demək olar ki, hər gün baş verir.

Bu il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Son illər ərzində ən dağıdıcı hadisə 2003-cü ildə Bam şəhəri yaxınlığında zəlzələ olub, o zaman 26 mindən artıq insan həlak olub, bir neçə yüz min adam evsiz qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti