...

Yerevan aeroportu "Armavia" reyslərinə xidməti dayandırıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2012 14:10 (UTC +04:00)
Yerevanın "Zvartnots" aeroportu çərşənbə günü borcla əlaqədar Ermənistanın milli aviadaşıyıcısı "Armavia" şirkətinə xidməti dayandırıb.
Yerevan aeroportu "Armavia" reyslərinə xidməti dayandırıb

Azırbaycan, Bakı, 17 oktyabr /Trend/

Yerevanın "Zvartnots" aeroportu çərşənbə günü borcla əlaqədar Ermənistanın milli aviadaşıyıcısı "Armavia" şirkətinə xidməti dayandırıb. Trend-in məlumatına görə, bu barədə "İnterfax.ru" saytı xəbər verib.

"Zvartnots" aeroportunun mətbuat katibi Gevork Abraamyanın "İnterfaks"a verdiyi məlumata görə, şirkətin borcunun məbləği əvvəlki söylənilən məbləği 1milyon dollardan çox ötüb.

"Armavia"nın ümumi borcu 3,360 milyon dollar təşkil edir.

"Armavia" şirkətindən aeroportun reyslərə xidmət göstərməsini dayandırması barədə məlumatı "İnterfaks"a təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti