...

İran nüvə silahının kütləvi istehsalının qəti əleyhinədir – spiker

Dünya xəbərləri Materials 13 Fevral 2013 11:38 (UTC +04:00)
İran İslam Respublikası nüvə silahının kütləvi istehsalının qəti əleyhinədir. Bunu İran parlamentinin spikeri Əli Laricani bəyan edib.
İran nüvə silahının kütləvi istehsalının qəti əleyhinədir – spiker

Azərbaycan, Bakı, 13 fevral / Trend, müxbir E.Tarıverdiyeva /

İran İslam Respublikası nüvə silahının kütləvi istehsalının qəti əleyhinədir. Bunu İran parlamentinin spikeri Əli Laricani bəyan edib. Trend-in məlumatına görə, bu barədə "Press TV" xəbər verib.

"Biz dəfələrlə demişik ki, belə silahın yaradılmasına İranın nüvə doktrinasında yer yoxdur. İslam inqilabının lideri ayətulla Seyid Əli Xamneyi kütləvi qırğın silahının yaradılması və toplanmasını qadağan edən fitva verib", - Laricani İslamabadda keçirilən mətbuat konfransında jurnalistlərə bildirib.

O, nüvə silahını "sülh və xalqların təhlükəsizliyi üçün təhdid" adlandırıb.

Yüksək rütbəli məmur bəyan edib ki, bu cür silahın yayılmasının səbəbi Birləşmiş Ştatlar da daxil olmaqla başqa dövlətlərin yeni nüvə silahlarının istehsalını davam etdirməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti