Azərbaycan, Bakı, 14 fevral / Trend müxbir E. Qəzvini/
Yüksək rütbəli hərbçi Həsən Şaterinin qətlində İsrail kəşfiyyatının əli olduğu ehtimal edilir. Bu haqda Trend Assoşeyted Press və İran KİV-ə istinadən məlumat verir.
Məlum olub ki, general Şateri İslam İnqilabı Mühafizə korpusunun Livandaki quvvələrinin komandanı olub. O, bu ölkədə Tehran tərəfindən həyata keçirilən bir sıra layihə və maliyyələşmə işlərinə nəzarət edirmiş.