...

Əlverişsiz hava şəraiti Gürcüstan-Rusiya sərhədində nəqliyyatın hərəkətini məhdudlaşdırıb

Dünya xəbərləri Materials 14 Fevral 2013 11:15 (UTC +04:00)
Mtsheta-Stepantsminda-Lars (Gürcüstan-Rusiya sərhədi) magistral yolunun Araqvispiri-Lars sahəsindəki yağan güclü qar və yolun buz bağlaması səbəbindən qoşqular və yarımqoşqular, eləcə də 30 nəfərdən artıq sərnişin üçün nəzərdə tutulan avtobusların hərəkətində məhdudiyyət yaradıb. Bu barədə cümə axşamı Trend-ə Gürcüstanın Avtomobil yolları departamentindən xəbər verilib.
Əlverişsiz hava şəraiti Gürcüstan-Rusiya sərhədində nəqliyyatın hərəkətini məhdudlaşdırıb

Gürcüstan, Tbilisi, 14 fevral /Trend, müxbir N.Kirtsxaliya/

Mtsxeta-Stepantsminda-Lars (Gürcüstan-Rusiya sərhədi) magistral yolunun Araqvispiri-Lars sahəsindəki yağan güclü qar və yolun buz bağlaması səbəbindən qoşqular və yarımqoşqular, eləcə də 30 nəfərdən artıq sərnişin üçün nəzərdə tutulan avtobusların hərəkətində məhdudiyyət yaradıb. Bu barədə cümə axşamı Trend-ə Gürcüstanın Avtomobil Yolları Departamentindən xəbər verilib.

Başqa nəqliyyat növləri üçün hərəkət azaddır.

Qudauri-Kobi sahəsində hərəkət qar uçqunundan müdafiə tunelləri vasitəsilə həyata keçirilir.

Sahədə nəqliyyat vasitələrinin dayanması qadağan edilib. Hərəkəti polis patrulu tənzimləyir. Başqa sahələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti