...

Ermənistan polisi seçki prosesindəki pozuntuları araşdırır

Dünya xəbərləri Materials 20 Fevral 2013 10:09 (UTC +04:00)
Ermənistan polisi seçki prosesi gedişindəki pozuntular üzrə 96 hadisəni araşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ermənistan polisi qərargahının rəisi Vardan Yegizaryan məlumat verib. Xəbəri "Armenia Today" yayıb.
Ermənistan polisi seçki prosesindəki pozuntuları araşdırır

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Ermənistan polisi seçki prosesi gedişindəki pozuntular üzrə 96 hadisəni araşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ermənistan polisi qərargahının rəisi Vardan Yegizaryan məlumat verib. Xəbəri "Armenia Today" yayıb.

Onun sözlərinə görə, göstərilən 96 hadisədən 63-ü seçki rüşvətinə, 16-sı seçkiqabağı kampaniyaya mane olmağa, 12-si vətəndaşların öz iradəsini sərbəst ifadə etməsinə mane olmaqla bağlıdır.

Yegizaryan habelə əlavə edib ki, pozuntular sırasında yalan məlumatın yayılması, səsvermənin nəticələrinin saxtalaşdırılması, səsverməyə bir gün qalmış təbliğat da var.

"49 halda məlumatlar prezidentliyə namizəd Raffi Ovannisyanın seçkiqabağı qərargahından, bəzi hallarda Paruyr Hayrikyanın və Qrant Baqratyanın nümayəndələrindən daxil olub. Bunlardan əlavə, vətəndaşlardan 43 məlumat daxil olub".

Yegizaryanın sözlərinə görə, məlumatların bir hissəsi ünvansız olsa da, poluis bütün hallarda müvafiq addımlar atıb. O bildirib ki, 56 hal üzrə müvafiq materiallar hazırlanır.

"Bir hadisə araşdırılmaq üçün Xüsusi İstintaq Xidmətinə göndərilib", - Yegizaryan deyib.
Polisə "qaynar xətt"lə polisə 36 məlumatın daxil olduğunu qeyd edən Yegizaryan xüsusi olaraq beynəlxalq müşahidəçilər üçün təşkil olunmuş "qaynar xətt"lə məlumat daxil olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti