...

Ermənistan MSK növbədənkənar iclas çağıracaq

Dünya xəbərləri Materials 21 Fevral 2013 14:11 (UTC +04:00)
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) cümə axşamı növbədənkənar iclas çağıracaq.
Ermənistan MSK növbədənkənar iclas çağıracaq

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) cümə axşamı növbədənkənar iclas çağıracaq. Bu barədə Trend Panorama.am-a istinadən məlumat verir.

MSK-nın mətbuat xidmətindən bildiriblər ki, iclasın gündəliyinə üç məsələ daxil edilib: 2013-cü ildə yerli özünüidarəetmə orqanlarına seçkilərin tarixinin təyin edilməsi, mayın 5-də Yerevan Ağsaqqalar Şurası seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi üzrə əsas tədbirlərin təqvim planının təsdiq edilməsi, İrs Partiyasının lideri Raffi Ovannisyanın seçkiqabağı mənzil-qərargahının əlaqələndiricisi Gevorq Kalençyanın bəyanatının nəzərdən keçirlməsi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti