...

Bakıdan gələn Gürcüstan prezidenti iqamətgahına şəxsi avtomobildə qayıdıb

Dünya xəbərləri Materials 1 Mart 2013 04:27 (UTC +04:00)
Gürcüstan prezidenti ona Xüsusi dövlət mühafizə xidməti tərəfindən verilmiş mühafizədən qəti surətdə imtina edir. Azərbaycandan qayıdan Mixail Saakaşvili bildirib ki, onu ittiham etdilər ki, o öz təhlükəsizliyinə milyonları xərcləyir, və mühafizə ona lazım deyil.
Bakıdan gələn Gürcüstan prezidenti iqamətgahına şəxsi avtomobildə qayıdıb

Gürcüstan, Tbilisi, 1 mart /Trend, N. Kirtsxalia/

Gürcüstan prezidenti ona Xüsusi dövlət mühafizə xidməti tərəfindən verilmiş mühafizədən qəti surətdə imtina edir. Azərbaycandan qayıdan Mixeil Saakaşvili bildirib ki, onu ittiham etdilər ki, o öz təhlükəsizliyinə milyonları xərcləyir, və mühafizə ona lazım deyil.

Saakaşvili mühafizənin 30 avtomobilini jurnalistlərə göstərib və bildirib ki, "bu ucuz piar" ona lazım deyil. "Mənə prezident administrasiyasının hesabında olan avtomobil də çatır və mən özüm sükanı saxlaya bilərəm", o vurğulayıb.

Saakaşvili qeyd edib ki, bu onun adi vətəndaş və insan kimi hüququ və qərarıdır. "Mən mühafizəyə ehtiyac duymuram. Parafraz edərək, deyəcəyəm ki, Allah məni mənim mühafizəmdən saxlasın, düşmənlərdən mən özüm müdafiə olunacağam", - o vurğulayıb.





Xəbər lenti

Xəbər lenti