...

Qəzza sektorunda qarşıdurma baş verib

Dünya xəbərləri Materials 5 Aprel 2013 01:22 (UTC +04:00)
İordan çayının qərb sahilində yas mərasimi zamanı İsrail hərbçilərilə fələstinlilər arasında qarşıdurma baş verib.
Qəzza sektorunda qarşıdurma baş verib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

İordan çayının qərb sahilində yas mərasimi zamanı İsrail hərbçilərilə fələstinlilər arasında qarşıdurma baş verib. Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, Tulkarme şəhərində yüzlərlə insan aprel ayının 3-də İsrail hərbçiləri tərəfindən güllələnmiş 2 insanın son mənzilə yola salınması mərasimində iştirak edib.

Məlumatda deyilir ki, Hevron şəhərindəki qarşıdurmalar isə bir fələstinlinin İsrail həbsxanasında müalicə olunmadığı üçün ölməsi səbəbindən baş verib.

Qeyd edək ki, İsrailin hərbi-hava qüvvələri Qəzza sektoruna zərbə də endirib. Lakin zərbələr zamanı xəsarət alan olmayıb. Faktı İsrailin müdafiə nazirliyi təsdiqləsə də, əlavə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti