...

İranda gənclər arasında MS xəstəliyinə yoluxanların sayı artır

Dünya xəbərləri Materials 8 Aprel 2013 12:57 (UTC +04:00)
İranda MS xəstəliyinə yoluxanların sayı artıb. Son zamanlar bu xəstəliyinin yeniyetmələr və gənclər arasında geniş formada yayılması halları daha çox müşahidə olunur.
İranda gənclər arasında MS xəstəliyinə yoluxanların sayı artır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Cəfərov/

İranda MS xəstəliyinə yoluxanların sayı artıb. Son zamanlar bu xəstəliyinin yeniyetmələr və gənclər arasında geniş şəkildə yayılması halları daha çox müşahidə olunur. Bunu İranın tanınmış həkim-nevroloqu Məhəmməd Əliəkbəriyan deyib. Trend-in məlumatına görə, bu barədə "Asriran" xəbər saytı məlumat verir.
Əliəkbəriyanın sözlərinə görə, son vaxtlar bu xəstəlik daha çox gənclərdə müşahidə olunur. Onun yaşlı nəsildə müşahidə olunması halları azalır.

Qeyd edək ki, bundan öncə İranın MS Birliyinin rəis müavini Məhəmmədəli Səhraian da ölkədə MS xəstəliyinin geniş yayılması haqda xəbərdarlıq edərək demişdi ki, buna ekoloji amillərin səbəb olduğu ehtimal edilir.
Səhraianın sözlərinə görə, qadınlar arasında bu xəstəliyə yoluxma halları kişlərə nisbətən dörd dəfə çoxdur.

İran KİV-inin məlumatına görə, hazırda ölkədə 50 000 nəfər MS xəstəsi var. Məlumatda bildirilir ki, MS xəstəliyinin artması halı bu cür davam edərsə, növbəti 10 il ərzində hər bir iranlı ailəsində bir MS xəstəsi olacaq.
MS xəstəliyi beyindəki və onurğa iliyindəki sinirlərin köhnəlməsi və pozulması ilə ortaya çıxan, görmədə bulanıqlıq, keçici görmə itkisi, qol və ya ayaqlarda gücsüzlük, yeriyərkən tarazlığın itməsi, əllərdə titrəmə, nitqin pozulması kimi əlamətləri olan, immun sistemindən qaynaqlanan və birbaşa mərkəzi sinir sisteminə təsir edən xəstəlikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti