...

Serbiyada yaşlı şəxs 13 nəfəri güllələyib

Dünya xəbərləri Materials 9 Aprel 2013 14:19 (UTC +04:00)
Serbiyanın paytaxtı Belqraddan 60 km cənubda yerləşən Velika İvança kəndinin sakini 13 nəfəri güllələyib.
Serbiyada yaşlı şəxs 13 nəfəri güllələyib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Serbiyanın paytaxtı Belqraddan 60 km cənubda yerləşən Velika İvança kəndinin sakini 13 nəfəri güllələyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "RİA Novosti" agentliyi Serbiya KİV-ə istinadən xəbər yayıb.

Ölənlərin hamısı - 6 kişi, 6 qadın və balaca uşaq 62 yaşlı Lyubiş Boqdanoviçin qonşuları olub.

Cinayəti törətəndən sonra yaşlı kişi öz həyat yoldaşını güllələməyə və özünü öldürməyə cəhd edib. Hazırda hər iki şəxs xəstaxanadadır, onların vəziyyəti ağırdır.

Məlumatlara görə, Boqdanoviçin odlu silah gəzdirməyə icazəsi olub və bu vaxta qədər onun qanunla problemləri olmayıb. Polis faciənin başvermə səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti