...

İranda yeraltı təkanlar davam edir

Dünya xəbərləri Materials 10 Aprel 2013 11:13 (UTC +04:00)
İran İslam Respublikası ərazisində yeraltı təkanlar davam edir.
İranda yeraltı təkanlar davam edir

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İran İslam Respublikası ərazisində yeraltı təkanlar davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "IRINN" agentliyi xəbər yayıb.

Məlumata görə, Xəzər dənizində yerləşən Mazandaran vilayətinin Kiasər şəhərində Rixter cədvəli üzrə 3,9 bal gücündə zəlzələ baş verib. Rixter cədvəli üzrə 4,0 gücündə olan digər təkanlar isə, Xuzistan vilayətinin Abadan şəhərində qeydə alınıb.

Eyni zamanda, zəlzələdən ziyan çəkən ərazilərdə zərər çəkənlərə yardım göstərilməsi məqsədilə başlanılan əməliyyatlar davam edir. Son statistik məlumatlara görə, zəlzələ nəticəsində 37 nəfər həlak olub, 850-dən çox insan isə, yaralanıb.

İran Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Mahmud Müzəffərin bildirib ki, zəlzələ nəticəsində həlak olanların hamısı dağıntıların altından çıxarılıb. Zərərçəkmiş ərazilərdə 1000-ə yaxın çadır quraşdırılıb.

Çərşənbə günü saat 06:28-də (yerli vaxtla) İranın Buşəhr vilayətinin Kaki şəhərində yenidən zəlzələ baş verib. Təkanlar 5,4 bal gücündə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti