...

Bidzina İvanişvili: Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə layihələrdə iştirakını davam etdirəcək

Dünya xəbərləri Materials 10 Aprel 2013 13:51 (UTC +04:00)
Gürcüstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və ölkənin yeni hökuməti də bu mövqeyə sadiqdir.
Bidzina İvanişvili: Gürcüstan Azərbaycan və Türkiyə ilə birgə layihələrdə iştirakını davam etdirəcək

Gürcüstan, Tbilisi, 10 aprel /Trend, müxbir N. Kirtsxaliya/

Gürcüstan Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və ölkənin yeni hökuməti də bu mövqeyə sadiqdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Gürcüstanın Baş naziri Bidzina İvanişvili yerli KİV-in redaktorları ilə görüşdə deyib.

"Əlbəttə ki, Azərbaycan strateji tərəfdaşımızdır və Türkiyə ilə birlikdə birgə layihələrimizi davam etdirmək və onları inkişaf etdirmək niyyətindəyik" , - Baş nazir qeyd edib.

İvanişvili hesab edir ki, enerji daşıyıcalırının tranziti və tədarükü sahəsi xüsusi maraq doğurur. "Biz əlbəttə ki, maraqlarımız qoruyuruq və bu mənada bizim üçün bu layihələr həyati önəm daşıyır, çünki biz bu yolla enerji sektorunda tariflərin azaldılmasına da nail ola bilərik", - İvanişvili bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti