...

İranda zəlzələdə yaralananların sayı artıb

Dünya xəbərləri Materials 10 Aprel 2013 14:53 (UTC +04:00)
İranda baş verən yeraltı təkanlardan sonra yaralıların sayı artıb.
İranda zəlzələdə yaralananların sayı artıb

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbirlər T.Cəfərov, E.Tariverdiyeva/

İranda baş verən yeraltı təkanlardan sonra yaralıların sayı artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "İSNA" agentliyi xəbər yayıb.

İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Mahmud Müzəffərin sözlərinə görə, yaralıların sayı 950 nəfərə qədər artıb. Onlardan 123 nəfərin vəziyyəti ağırdır.

Onun sözlərinə görə, Buşəhr vilayətində ötən gün baş verən zəlzələ nəticəsində həlak olan 38 nəfərdən 10-u on yaşdan aşağı olan uşaqlardır.

Müzəffərin sözlərinə görə, zəlzələdən zərərçəkmiş ərazilərdə 1000-ə yaxın çadır quraşdırılıb.

Məmurların sözlərinə görə, ilkin hesablamalara görə, zəlzələ nəticəsində dəyən ziyanın miqdarı 120 milyon ABŞ dolları təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti