...

ABŞ Suriya müxalifətinə silah verməyəcək

Dünya xəbərləri Materials 11 Aprel 2013 00:41 (UTC +04:00)
Çərşənbə günü Suriya müxalifəti ilə Londonda keçirilmiş görüşdə ABŞ dövlət katibi Con Kerri onlara silah veriləcəyini vəd etməyib. Bu barədə RİA Novosti Frans Press agentliyinə istinadən məlumat verir.
ABŞ Suriya müxalifətinə silah verməyəcək

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Çərşənbə günü Suriya müxalifəti ilə Londonda keçirilmiş görüşdə ABŞ dövlət katibi Con Kerri onlara silah veriləcəyini vəd etməyib. Bu barədə RİA Novosti xarici KİV-ə istinadən məlumat verir.

Kerri və onun bir sıra həmkarları "Böyük səkkizlik" ölkələrinin xarici işlər nazirlərinin görüşündən əvvəl Suriya müxalifətçiləri ilə danışıqlar aparıb. ABŞ nümayəndə heyətinin təmsilçisinin sözlərinə görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq tərəfindən təşkil edilmiş nahar zamanı müxalifət liderləri bir daha Suriya ordusu ilə döyüşmək üçün onları silahla təmin etmək üçün tələb irəli sürüblər.

"Biz həmişə müxtəlif variantları nəzərdən keçiririk, biz müxalifətə kömək etməyi davam edəcəyik, onların ehtiyacları baxımından onlarla işləmək istəyirik ", - ABŞ nümayəndə heyətinin təmsilçisi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti