...

Vladimir Putin: Son onilliklər əzrində MDBMİ-ni peşəkarların bütöv ordusu bitirib

Dünya xəbərləri Materials 12 Aprel 2013 13:09 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirlən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının "Gələcəyə birlikdə" I Dünya Forumunun iştirakçılarını və qonaqlarını salamlayaraq, bu universitetin məsunlarının peşəkarlığını və onun verdiyi təhsilin dəyərini vurğulayıb.
Vladimir Putin: Son onilliklər əzrində MDBMİ-ni peşəkarların bütöv ordusu bitirib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirlən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının "Gələcəyə birlikdə" I Dünya Forumunun iştirakçılarını və qonaqlarını salamlayaraq, bu universitetin məsunlarının peşəkarlığını və onun verdiyi təhsilin dəyərini vurğulayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Kremilin saytında dərc olunmuş məlumatda deyilir.

Aprelin 11-13-də Bakıda MDBMİ məzunlarının "Gələcəyə birlikdə" I Dünya Forumu 2013-cü il aprelin 11-13-də keçirilir. Forumun səhifəsində qeyd olunur ki, bu tədbirin keçirilməsində məqsəd MDBMİ-çiləri bir araya gətirmək, beynəlmiləl məzunlar arasında qarşılıqlı təsiri qaydaya salmaqdır. Forumun ənənə xarakteri alacağı və Məzunlar Assosiasiyasının fəaliyyət göstərdiyi ölkələrdə növbəli şəkildə keçiriləcəyi ehtimal olunur.

Putinin sözlərinə görə, son onilliklər əzrində MDBMİ-ni peşəkarların bütöv ordusu bitirib. Onları öz müəllimlərinə, kurs yoldaşlarına və öz ənənələri və tələbə qardaşlığı atmosferi ilə məşhur olan doğma universitetə bəslədikləri isti münasibət birləşdirir. Prezident qeyd edir ki, bu instututun diplomu həmişə "beynəlxalq səviyyədə" ciddi hazırlığın və dərin biliklərin göstəricisidir.

"Qeyd edirəm ki, sizin iş və həyat uğurlarınızın əldə olunmasında əhəmiyytli rolu rus dilini bilməyiniz tutur. Bu, nüfuzlu beynəlxalq təşkilatların rəsmi dili, milyonlarla insanın ünsiyyəti üçün unikal vasitədir. Hesab edirəm ki, siz bundan sonra da dünyada rus dilinin yayılmasına kömək edəcəksiniz. Əhəmiyyətlidir ki, siz bir-birinizlə, gələn il 70 yaşı tamam olacaq döğma ali məktəbinizlə, bizim ölkəmizlə əlaqələri saxlayırsınız", - Putinin təbrikində deyilir.

RF Prezidenti əminliyini bildirib ki, MDBMİ məzunlarının forumu kimi təşəbbüslər "bizim ölkələrimiz arasında münasibətlərin palitrasını insan istiliyi və şəxsi ünsiyyətin sevinci ilə zənginləşdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti