...

Ermənistan prezidentliyinə sabiq namizəd yeni ittihamlarla üzləşib

Dünya xəbərləri Materials 17 Aprel 2013 04:22 (UTC +04:00)
Ermənistanın pezidentliyinə keçmiş namizəd Paruyar Hayrikyanın qətlinin sifarişində ittiham olunan və həbsdə olan digər eks-namizəd Vardan Sedrakyana qarşı yeni - şəriklərin köməyi ilə dövlət xadiminin qətlinin cəhdində ittiham irəli sürülüb. Bu barədə Sedrakyanın vəkilləri məlumat yayıblar.
Ermənistan prezidentliyinə sabiq namizəd yeni ittihamlarla üzləşib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Ermənistanın pezidentliyinə keçmiş namizəd Paruyar Hayrikyanın qətlinin sifarişində ittiham olunan və həbsdə olan digər eks-namizəd Vardan Sedrakyana qarşı yeni - şəriklərin köməyi ilə dövlət xadiminin qətlinin cəhdində ittiham irəli sürülüb. Bu barədə Sedrakyanın vəkilləri məlumat yayıblar.

Sedrakyan Ermənistan Cinayət məcəlləsinin 34-305 maddəsi ilə ittiham olunur. Siyasətçi ittihamları rədd edib və ifadə verməkdən imtina edib.

Yanvarın 31-də Hayrikyana qarşı sui-qəsd nəticəsində o, yaralanaraq xəstəxanaya düşüb. Sonra Ermənistan MTX bu işdə şübhəli bilinən iki nəfəri - Xaçatur Poqosyanı və Samvel Arutyunyanı saxladığını bəyan etmişdi. Bir gündən sonra isə saxlanılandardan birinin mənzilindən "Naqan" markalı tapançanın tapıldığı xəbər verilmşdi. Ermənistan KİV-də yayılan məlumata görə, Sedrakyan saxlanılanlarla tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti