...

Texasda dəhşətli partlayış: 100-ə yaxın ev dağılıb

Dünya xəbərləri Materials 18 Aprel 2013 09:26 (UTC +04:00)
ABŞ-ın Texas ştatının Vest şəhərində gübrə zavodunun partlaması nəticəsindən 70-dən 100-ə qədər ev dağılıb.
Texasda dəhşətli partlayış: 100-ə yaxın ev dağılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

ABŞ-ın Texas ştatının Vest şəhərində gübrə zavodunun partlaması nəticəsində 70-dən 100-ə qədər ev dağılıb. Trendin məlumatına görə, bu barədə cümə axşamı "RİA Novosti" agentliyi "NBC" telekanalına istinadən xəbər yayıb.

Telekanalın məlumatına görə, partlyayış nəticəsində 200 nəfər yaralanıb. Onlardan 40-nın vəziyyəti ağırdır.

Xəstəxanaya yerləşdirilənlər arasında iki uşaq da var.

Şəhər rəhbərliyi yanğınsöndürən və tibbi helikopterlərin işinə mane olmamaq üçün şəhərin üzərində uçuş zonası tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti