...

İran və Venesuela OPEK-in təcili sessiyasını çağıra bilər

Dünya xəbərləri Materials 19 Aprel 2013 02:19 (UTC +04:00)
İran və Venesuela bundan sonra dünya bazarında neftin qiymətlərinin daha da düşəciyi halda OPEK-in təcili görüş keçirməsinə ehtiyac olduğu barədə beynəlxalq təşkilatın rəhbərliyini xəbərdar edib. Bu barədə İTAR-TASS agentliyi London birjasının nümayəndəsinə istinadən məlumat verir.
İran və Venesuela OPEK-in təcili sessiyasını çağıra bilər

Azərbaycan, Bakı, 19 aprel /Trend/

İran və Venesuela bundan sonra dünya bazarında neftin qiymətlərinin daha da düşəciyi halda OPEK-in təcili görüş keçirməsinə ehtiyac olduğu barədə beynəlxalq təşkilatın rəhbərliyini xəbərdar edib. Bu barədə İTAR-TASS agentliyi London birjasının nümayəndəsinə istinadən məlumat verir.

"Ötən çərşənbə günü İranın neft naziri bildirib ki, Tehran təcili sessiyanın çağırışının arzu olunması haqqında OPEK-də məsləhətləşmələrə başlayıb, çünki "Brent"in bir barelinin qiyməti 100 dollardan aşağı düşüb. İranın mövqeyini Venesuela da dəstəkləyib. Bildirilir ki, OPEK daxilində dünya bazarına neftin çatdırılmasının azadılması xeyrinə səslər güclənir", - məlumatda deyilir.

OPEK rəhbərliyi hesab edir ki, hələlik təcili görüşün çağırılması üçün lazımi şərait yaranmayıb. Ekspertlərin fikrincə, vəziyyət artıq yaxın vaxtlarda dəyişə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti