...

Bağdadda kafedə partlayış baş verib, 23 nəfər həlak olub

Dünya xəbərləri Materials 19 Aprel 2013 02:39 (UTC +04:00)
Bağdadda cümə gününə keçən gecə kafelərin birində partlayış nəticəsində ən azı 23 nəfər həlak olub, onlarla insan, həmçinin uşaqlar xəsarət alıb. Bu barədə RİA Novosti agentliyi xarici KİV-ə istinadən məlumat verir.
Bağdadda kafedə partlayış baş verib, 23 nəfər həlak olub

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Bağdadda cümə gününə keçən gecə kafelərin birində partlayış nəticəsində ən azı 23 nəfər həlak olub, onlarla insan, həmçinin uşaqlar xəsarət alıb. Bu barədə RİA Novosti agentliyi xarici KİV-ə istinadən məlumat verir.

"Frans Press" agentliyinin məlumatına görə, partlayış Bağdadın qərbində yerləşən kafedə cümə axşamı yerli vaxtla saat 22.00-da baş verib, həlak olanların arasında ən azı üç uşaq olub.

Terror aktı üzərində məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib.

Son zamanlar İraqda ən böyük islam icmaları olan sünnilər və şiələr arasında mövcud qarşıdurma ilə bağlı gərginliyin artması müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti