...

Əhməd Davudoğlu: Suriyada baş verən hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb

Dünya xəbərləri Materials 19 Aprel 2013 08:17 (UTC +04:00)
Suriyada baş verən hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb, CNN Turk telekanalına verdiyi müsahibədə Türkiyənin xarici işlər naziri Əhməd Davutoqlu bildirib. Bu barədə Anadolu agentliyi cümə günü məlumat verir.
Əhməd Davudoğlu: Suriyada baş verən hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Suriyada baş verən hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "CNN Turk" telekanalına verdiyi müsahibədə bildirib. Trend-in məlumatına görə, xəbəri cümə günü Anadolu agentliyi yayıb.

Nazirin sözlərinə görə, Dəməşqdən Hələbə buraxılmış "Skad" raketlərinin sayı 205 ədəd təşkil edir.

"Hər dəfə "Skad" raketi buraxılandan sonra Suriyanın ətrafı yox olur, bu da hərbi cinayətdir", - Türkiyənin XİN rəhbəri qeyd edib.

"Belə hərbi cinayətlərə reaksiya verməyin vaxtı çatıb. Hərbi cinayətləri törədənlər buna görə cavab verməlidirlər. Heç kim iddia edə bilməz ki, hücum zamanı "Skad" raketlərdən istifadə hərbi cinayət deyil", - Davudoğlu vurğulayıb.

"Suriyada kimyəvi silahın tətbiqi haqqında bütün iddialar araşdırılmalıdır", - nazir qeyd edib.

Davudoğlunun sözlərinə görə, Suriyaya kömək göstərilməsi üçün humanitar dəhlizin yaradılması çox vacibdir.

"Suriyada baş verən hadisələrə görə ölkəni tərk edərək Türkiyəyə gələn şəxslərin sayı 200 min nəfər təşkil edir", Türkiyənin XİN rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti