...

Şimali Koreya iki "Skad" tipli raketini şərq sahilinə çəkib

Dünya xəbərləri Materials 21 Aprel 2013 10:52 (UTC +04:00)
Şimali Koreya "Skad" tipli ballistik raketlərinin iki mobil işəsalma qurğusunu şərq sahilinə çəkib. Bu barədə RİA Novosti agentliyi KXDR KİV-lərinə istinadən məlumat verir.
Şimali Koreya iki "Skad" tipli raketini şərq sahilinə çəkib

Azərbaycan, Bakı, 21 aprel /Trend/

Şimali Koreya "Skad" tipli ballistik raketlərinin iki mobil işəsalma qurğusunu şərq sahilinə çəkib. Bu barədə RİA Novosti agentliyi KXDR KİV-lərinə istinadən məlumat verir.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, aprelin əvvəlində Şimali Koreya "Musudan" orta məsafəli iki raketinin yerini dəyişib, həmçinin şərq sahildə Vonsan və Cənub Xamqen əyalətində yeddi mobil işəsalma qurğusunu quraşdırıb.

Şimali Koreya hökuməti hələ aprel-in 15-də Kim İr Senin ad gününün qeyd edilməsinə qədər raketin buraxılması ilə hədələyib və xarici səfirliklərə Pxenyanı tərk etməyi məsləhət görüb, lakin Koreya Respublikasının kəşfiyyat xidmətlərinin məlumatlarına görə, son zamanlar işəsalma qurğularının heç bir hərəkəti qeydə alınmayıb.

Lakin naməlum qalmağı arzulamış mənbənin məlumatına görə, aprelin 16-dan sonra peykdən alınmış şəkillərdə görünür ki, iki əlavə raket qurğusu Cənub Xamqen əyalətinə keçirilib. "Cənubi Koreyanın hərbi güvvələri Şimali Koreya tərəfindən raketin buraxılmasına dair son hazırlıqları diqqətlə izləyirlər", - mənbə bildirib.

ABŞ və Cənubi Koreya tərəfindən genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə Şimali Koreyanın sərt reaksiyasından sonra Pxenyan və Seul arasında münasibətlər xeyli dərəcədə pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti